İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 105 886 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.