Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |     19:19 Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək  |     19:11 Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var  |     19:03 Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb  |     18:57 Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb  |     18:50 Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib  |     18:45 Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     18:39 Bloqer Nail Kəmərlinin evindən oğurluq edildi - VİDEO  |     18:31 Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı - Bəy CƏZALANDIRILDI  |     18:24 Bakıda hərbçi qəfil vəfat etdi  |     18:19 Bu "iPhone"larda "Whatsapp" öz fəaliyyətini dayandıracaq  |     18:11 Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır  |     18:05 Qışda dərslər 1 saat gec başlasın - TƏKLİF  |     17:57 Bakı metrosunda iki qadının halı pisləşdi  |     17:45 Dronla icazəsiz "Sağlam Ailə"nin reklamını çəkdi - Saxlanıldı  |     17:39 Qəzzada ölənlərin sayı 44 min 466-ya çatıb  |     17:34 Astarada yeniyetmənin meyiti tapılıb  |    

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlara təklif edilən dəyişikliklə mümkün olub.

Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.

Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 02.12.24 16:43