Fransızəsilli danimarkalı aktyor, rejissor və yazıçı Nils Arestrup 75 yaşında Paris yaxınlığındakı evində vəfat edib.
Bu barədə "Frontières" jurnalı mərhum sənətçinin həyat yoldaşının paylaşımına istinadən məlumat yayıb.
2006-cı ildə aktyor rejissor Jak Odiarın çəkdiyi "Ürəyimin döyüntüsü dayandı" filmində "Ən yaxşı köməkçi aktyor" nominasiyasında Fransa milli film mükafatını alıb. 2010-cu ildə "Peyğəmbər" filmindəki, 2014-cü ildə isə"Orse bulvarı" filmindəki rollarına görə eyni mükafata layiq görülüb.
O, Stiven Spilberqin "Müharibə atı" (2011) filmindəki rolu ilə də yadda qalıb.