Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Narinin ölümü ilə bağlı Ədliyyə Tibb Qurumunun hesabatı tamamlanıb. Uşağın hansı tarixdə və necə öldürüldüyü məlum olub.

Bu barədə Median.Az Sondakika.com-a istinadən xəbər verir.

Hesabata görə, Narin ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.

Hesabatda mövcud məlumatlar əsasında uşağın cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmənin aparılmasının mümkün olmadığı qeyd edilib.

Həmçinin ayağının sol dizindən aşağı qopmasına səbəb olan travmanın ölümdən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.

"Uşağın ölümünün ağız-burnunun bağlanması və boynuna təzyiq nəticəsində oksigen çatışmazlığı səbəbindən baş verdiyi yekdilliklə təsdiqlənib", - deyə hesabatda bildirilib.

Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərinin araşdırılması isə davam edir və bu barədə tibbi rəyin sentyabrın 21-də açıqlanması gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 071 20.09.24 11:56