Ukraynada nazirliklərin sayı azaldıla bilər.
Bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, nazirliklərin üçdə bir hissəsi ixtisara salına bilər:
"Biz nazirliklərin, dövlət qulluqçularının sayını azaltmaq istəyirik”.
Hökumət başçısının fikrincə, nazirlərin sayı 15-16 olmalıdır və müvafiq olaraq, nazirliklərin sayı 15-16 nəzərdə tutulur ki, bu, optimal rəqəmdir.
"Bu il dövlət qurumlarında 20 min vakant yer ixtisar edilib”, - deyə Şmıqal əlavə edib.
///Apa