İstirahət mərkəzində əməliyyat: Həbs olunan var » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:07 Bakıda həbsxanada daha bir ÖLÜM  |     16:55 Azərbaycanda gələn il orta maaşın 1 080 manata çatacağı proqnozlaşdırılır  |     16:37 Moskvadakı atışmada MMA döyüşçüləri xəsarət alıb  |     16:23 İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur  |     16:12 Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!  |     16:01 Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib  |     15:45 Narinin ölümü ilə bağlı YENİ DƏHŞƏTLİ FAKT  |     15:43 "Instagram"da növbəti yenilik: Yetkinlik yaşına çatmayan istifadəçilər...  |     15:41 Keçmiş vəkil Elman Paşayev Moskva məhkəməsinə gətirildi - VİDEO  |     15:19 Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib  |     15:13 Biləsuvarda minik maşını traktorla toqquşdu: Dörd nəfər xəsarət aldı  |     15:07 Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib - FOTO  |     14:59 Azərbaycanda qəzet rəhbəri həbs olundu - FOTO  |     14:48 Dünya Kubokunun bombardiri vəfat etdi  |     13:28 Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər  |     13:20 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi  |     13:13 Birotaqlı mənzillərə tələbat artıb - VIDEO  |     13:05 Bakıda məşhur avtosalonun sahibi həbs edildi  |     12:52 VK Video məzmun müəlliflərinə pul verəcək  |     12:32 Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olundu  |    

İstirahət mərkəzində əməliyyat: Həbs olunan var

Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.
Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ. Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ. Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.

Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu "gözətçiliyi" 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ. Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.

İ. Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 14.09.24 22:55