1990-cı il futbol üzrə Dünya Kubokunun bombardiri (6 qolla) və ən yaxşı oyunçusu Salvatore Skillaçi vəfat edib.
İtaliyalı keçmiş futbolçu bir neçə il idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.
O, 59 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Skillaçi 1997-ci ildə karyerasını bitirib. O, İtaliyanın "Yuventus" və "İnter" kimi məşhur klublarında çıxış edib. Hücumçu sonuncu dəfə 1991-ci il sentyabrın 25-də İtaliya millisində çıxış edib.