"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) hərraclar zamanı qızılın qiyməti troya unsiyası üçün 2 625 dollardan yuxarı qalxaraq yeni tarixi maksimuma çatıb.
Bu barədə TASS xəbər yayıb.
ABŞ Federal Ehtiyat Sistemi son dörd ildə ilk dəfə baza dərəcəsini 0.5 faiz bəndi azaldıb. Bu qərarından sonra kotirovkalar kəskin artıb.