Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

18.09.2024 20:27 2 532
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” və “Cibpay” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə Median.Az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis” və "PulPal" MMC-lərə, "GoldenPay" ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris” və “Multi Solutions” MMC-lərə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 17-yə çatıb.

Son xəbərlər