VK Video məzmun müəlliflərinə pul verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:29 Məşhur reper ona qarşı irəli sürülən ittihamları təkzib etdi  |     16:19 Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur  |     15:59 Bulvar büdcəsində olan pullar necə mənimsənilib?  |     14:12 Əziz Orucovun həbs müddəti uzadılıb  |     14:09 "Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib  |     13:36 Bakıda sevgilisini döyən və dostunu bıçaqlayan şəxsə hökm oxundu  |     13:11 Polşada azərbaycanlı tələbə vəfat etdi  |     12:55 Vətən müharibəsi ilə bağlı film çəkilir - FOTO  |     12:44 ABŞ Türkiyə banklarını sanksiyalarla hədələdi  |     12:43 Kişi paltar yumağa görə bacısının burnunu sındırdı  |     12:41 Rüşvətə görə həbsdə olan vəzifəli şəxslərin cəzaları azaldıldı  |     12:40 Bakıda mənzil bazarında qiymət artımları  |     12:38 Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada daha bir nəfəri öldürdü  |     12:37 Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb  |     12:35 Qızılın qiyməti tarixi maksimumunu yeniləyib  |     12:34 Sonsuzluğun müalicəsində yeni üsul tapılıb  |     12:28 Xəzər dənizində 4 ballıq zəlzələ olub - FOTO  |     12:21 Elektron siqaretlər beyni kütləşdirir  |     12:17 Bakıxanov qəsəbəsində ağac qurdları sakinləri təngə gətirib - VİDEO  |     12:12 Azərbaycanda təmizlik vasitələri BAHALAŞDI - VİDEO  |    

VK Video məzmun müəlliflərinə pul verəcək

VK Video bloqerlər və məzmun müəllifləri üçün yeni monetizasiya proqramını işə salır.

Onlara videolarındakı reklamlardan platformanın gəlirinin 50-80%-i ödəniləcək.

Məlumata görə, sentyabrın 23-dən etibarən məhdud müəlliflər qrupunda yeni monetizasiya formatının sınaqdan keçirilməsinə başlanılacaq, istək və rəylər nəzərə alınmaqla proqram hər kəs üçün əlçatan olacaq.

"VKontakte" icmasında 5 mindən çox abunəçisi olan müəlliflər VK Video pul qazanma proqramına qoşula biləcəklər. Videolar iki dəqiqədən çox olmalı və müəllif hüquqlarını pozmamalıdır.

Sentyabrda proqrama 70 minə yaxın müəllif qoşulacaq. Bunlar yeni məzmun yaradıcıları, həmçinin köhnə proqramın iştirakçılarıdır ki, onlar üçün yeni şərtlər avtomatik olaraq tətbiq olunmağa başlayacaq.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 18.09.24 12:52