İradə Zeynalova diplomatik karyerası ilə bağlı planlarını açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:07 Bakıda həbsxanada daha bir ÖLÜM  |     16:55 Azərbaycanda gələn il orta maaşın 1 080 manata çatacağı proqnozlaşdırılır  |     16:37 Moskvadakı atışmada MMA döyüşçüləri xəsarət alıb  |     16:23 İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur  |     16:12 Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!  |     16:01 Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib  |     15:45 Narinin ölümü ilə bağlı YENİ DƏHŞƏTLİ FAKT  |     15:43 "Instagram"da növbəti yenilik: Yetkinlik yaşına çatmayan istifadəçilər...  |     15:41 Keçmiş vəkil Elman Paşayev Moskva məhkəməsinə gətirildi - VİDEO  |     15:19 Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib  |     15:13 Biləsuvarda minik maşını traktorla toqquşdu: Dörd nəfər xəsarət aldı  |     15:07 Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib - FOTO  |     14:59 Azərbaycanda qəzet rəhbəri həbs olundu - FOTO  |     14:48 Dünya Kubokunun bombardiri vəfat etdi  |     13:28 Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər  |     13:20 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi  |     13:13 Birotaqlı mənzillərə tələbat artıb - VIDEO  |     13:05 Bakıda məşhur avtosalonun sahibi həbs edildi  |     12:52 VK Video məzmun müəlliflərinə pul verəcək  |     12:32 Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olundu  |    

İradə Zeynalova diplomatik karyerası ilə bağlı planlarını açıqladı

Jurnalist və teleaparıcı İradə Zeynalova ötən gün təyin olunduğu Mavrikidə səfir kimi Rusiyanın maraqlarını təmsil edəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Mk.ru saytına müsahibəsində bildirib.

"Ümid edirəm ki, tələbə və mədəni mübadilələrimiz olacaq. Görək orada turizmi necə inkişaf etdirmək olar. Bizim danışmağa, ticarət etməyə bir şeyimiz var və bir-birimizə kifayət qədər maraqlıyıq. Bu maraqlı çağırışdır", deyə Zeynalova bildirib.

Diplomat əlavə edib ki, işin miqyası o, birbaşa adaya gələndə tam başa düşüləcək.

Qeyd edək ki, Zeynalova bu il Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda "Vremya" proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildə Zeynalova "təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 14.09.24 20:45