Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqlədi

14.09.2024 20:58 2 439
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Rumıniya hökumətinə F-35 qırıcıları və müvafiq avadanlıqların mümkün satışı ilə bağlı qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "European Pravda” Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatlarına istinadən yazır.

Agentlik bu gün Konqresə bu potensial satış barədə məlumat verərək tələb olunan sertifikatı təqdim edib.

Rumıniya hökuməti 32 F-35A Lightning II Birgə Zərbəli Qırıcı təyyarə və 33 Pratt & Whitney F135-PW-100 mühərrikləri, eləcə də digər müvafiq avadanlıqların alınmasını xahiş edib.

Ümumi dəyəri 7,2 milyard dollar qiymətləndirilir.

"Təklif edilən satış Rumıniyanın özünümüdafiə və regional təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün əlavə təchiz etməklə, ABŞ və digər NATO üzvləri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqla onun cari və gələcək təhdidlərə qarşı durma qabiliyyətini təkmilləşdirəcək”, - deyə məlumatda bildirilir.

Ötən il Rumıniya ABŞ istehsalçısı Lockheed Martin-dən ümumilikdə 6,5 milyard dollara 32 ədəd F-35 qırıcısı almağı planlaşdırdığını açıqlamışdı.

F-35-in alınması ötən ilin aprelində Rumıniya Ali Müdafiə Şurası tərəfindən təsdiqlənib. Bundan sonra ölkənin Müdafiə Nazirliyi satınalma prosesinə başlamaq üçün razılıq almaq məqsədiylə parlamentə müraciət edib.

Qeyd edək ki, ABŞ bu yaxınlarda hava hücumundan müdafiəni gücləndirmək üçün Rumıniyaya F-16 və F-35 döyüş təyyarələrinə uyğun gələn AIM-120 AMRAAM raketlərinin satışını da təsdiqləyib.скачать dle 11.3
Mojo.az Banner