Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

"Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal

28.08.2026 20:13 234
"Bizim dövrümüzdə təyinatlar var idi. Universiteti bitirən kimi bizi harasa göndərirdilər. Bir neçə il həmin yerdə çalışandan sonra rəhbərlik onlara ev verirdi. İstər oğlan olsun, istərsə də qız, artıq öz məhəbbətini tapa bilirdi, ailə qururdu. Ona görə də bu təyinatlar çox vacib idi. Amma təəssüf ki, indi bu yoxdur. İndi göndərsələr də, 400-500 manat maaş alacaq. Gənc bu pulla kirayəyə ev tutsun, yemək yesin, paltar alsın? Bəs bu gənc necə yaşasın? Gənclərin problemləri bu dəqiqə dəhşətli dərəcədə çoxdur".

Bu sözləri Xalq artisti İlham Namiq Kamal "Gənclər haraya baxır?" layihəsində deyib. Aktyor gənclərin iş tapa bilməməsi və az maaş almasından narahatlığını dilə gətirib:

"Bir-iki ay bundan əvvəl oğlum İqtisadiyyat Universitetini bitirdi. Məzun gecəsinə getdik. Orada elan etdilər ki, bu il həmin universiteti 6 min tələbə bitirib. Öz-özümə düşündüm ki, bu 6 min tələbə axı harada işləyəcək? Çox maraqlıdır, təyinat da yoxdur, 6 min tələbə harada işləyəcək? Mən təkcə bir universiteti deyirəm. Digər universitetləri bilmirəm. Bu 6 min nəfərin Bakıda hamısına iş tapılacaq? Amma təyinat olsaydı, rayonlara göndərilsəydilər, həm özləri üçün, həm də həmin bölgələr üçün tamam başqa cür inkişaf olardı. Yəni gənclər öz həyatlarını qura bilərdilər.

Bizim ziyalılarımız bu məsələyə, mənə elə gəlir ki, səs verməlidirlər. Çünki bu, elə bir çağırışdır ki, bilirsiniz, gənclik sabahdır. Sabah isə bu gündən başlayır".скачать dle 11.3
Mojo.az Banner