Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı

28.08.2026 22:02 495
Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı
Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) "Eastern Express" verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.

"Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli səylər göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılmasının Azərbaycan tərəfində sual doğurduğu diqqətə çatdırılıb.

Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında Azərbaycana qarşı mənfi xarakterli məzmunun yayımlanması ölkələrimiz arasında mövcud tərəfdaşlıq ruhuna zidd olan və ikitərəfli münasibətlərə ciddi zərər vurmaq potensialına malik qeyri-dost addım kimi qiymətləndirilib.

Polşa tərəfi Azərbaycanı hədəf alan bu cür təxribatçı kampaniyaların dayandırılması istiqamətində təxirəsalınmaz və təsirli tədbirlər görməyə çağırılıb", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər