Noyabrda neçə gün iş olmayacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Stresslə mübarizədə ən təsirli olan beş idman növü (SİYAHI)  |     22:50 Dünyada ilk dəfə: Süni ürəklə 100 gündən çox yaşayan xəstə evə buraxıldı  |     22:44 1.6 milyon borcu olan sahibkarın ölkədən çıxışı məhdudlaşdırıldı  |     22:36 Bu tarixdən yaxın qohumlar arasında nikah qadağan olunur (RƏSMİ)  |     22:30 "Novruz" bayramında Azərbaycan otellərində qiymətlər (SİYAHI)  |     22:24 Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək  |     22:18 Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib  |     22:13 MN-nin iki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub  |     22:06 Oğuzda avtomobil qaz xəttinə çırpılıb, iki kənddə qazın verilişi dayandırılıb  |     22:01 Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib  |     21:54 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:48 Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm  |     21:44 Sumqayıtda avtomobil yanıb  |     21:35 Azərbaycan klublarında çıxış etmiş futbolçu vəfat edib  |     21:30 "Oleq Bakinski"nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub  |     21:23 Əfv Komissiyasının iclası olub, baxılan müraciətlərin sayı 400-ü keçib  |     21:17 Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək  |     21:10 Bakı Tekstil Fabrikinə məxsus sexin fəaliyyəti dayandırılıb - VİDEO  |     21:05 HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar - VİDEO  |     20:59 Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək  |    

Noyabrda neçə gün iş olmayacaq?

Azərbaycanda noyabrda baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günlərinin elan olunacağı ilə bağlı tez-tez xəbərlər yayılır.

Median.Az
"Qafqazinfo”ya istinadən xəbər verir ki, rəsmi olaraq noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür.

Belə ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur. Beləliklə, ardıcıl 4 gün - cümə, şənbə, bazar, bazar ertəsi qeyri-iş günü olacaq.

Qeyd edək ki, bəzi saytlarda noyabrın 12-si Konstitusiya Günü də qeyri-iş günü olacağı ilə bağlı məlumat yayılsa da, hələ ki, bununla əlaqədar rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
Eyni zamanda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən dövlət orqanlarında da (qurumlarında) iş rejimi dəyişəcək.

Belə ki, dövlət qurumlarına işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla) tapşırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 14.09.24 18:56