Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək

12.03.2025 21:17 1 023
Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktlarını aşkarlayıb.

Bu barədə Xidmət məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən “City Life” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən “Pilot-16” MMC-yə məxsus ərazidə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən köhnə “Mədəniyyət Evi”nin qarşısında, Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Son xəbərlər