“Krevetka” restoranı və "Çinar” kafesi cərimələnib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:11 Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəldi  |     22:51 Bakıda texnika qaz xəttini zədələyib, bəzi yerlərdə qaz təchizatı dayandırılıb  |     22:41 İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?  |     22:28 Daha bir şirkətin vergi borcu üzə çıxdı  |     22:21 Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili eniş etdi  |     22:18 Azərbaycan millisi Macarıstana uduzdu  |     22:11 “102”yə əsassız zənglər etdi, həbs olundu  |     21:55 Üç gün iş olmayacaq  |     21:39 Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edilib  |     21:31 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb  |     21:18 70 il birlikdə yaşadılar, 90 yaşdan sonra evləndilər  |     21:13 Məcsiddə uşaqlara oyuncaq paylayanlar saxlanıldı - Aralarında vəzifəli şəxs də var  |     21:05 Yuxusuzluq yeniyetmələrin beynini məhv edir - Alimlərdən xəbərdarlıq  |     20:59 Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı  |     20:50 Azərbaycanda 3 uşağı olan ailələr çoxuşaqlı sayılacaq?  |     20:44 Fermer tərəvəzlərə verilən kimyəvi gübrələrdən elə şeylər danışdı ki...  |     20:38 1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə  |     20:33 Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu - Həkimlər açıqladı  |     20:26 10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı  |     20:19 Avstriyada üçgünlük milli matəm elan ediləcək  |    

“Krevetka” restoranı və "Çinar” kafesi cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyun 4-də ölkə üzrə 446 ictimai iaşə obyektində 772 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu‎, A. Bakıxanov 2 ünvanında yerləşən, hüquqi şəxs “Vorf Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Scalini” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu‎, Bağırova 15b ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu‎, İnşaatçılar prospekti 38 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Siti” kafe;

4. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq prospekti, ev 108 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Elçin Əliqulu oğluna məxsus “Krevetka” restoranı;

5. Bakı şəhəri, Binəqədi rayonu‎, Nərimanov küçəsi, ev 15N ünvanında yerləşən, fiziki şəxs Həsənov İbrahim Tofiq oğluna məxsus “Han Garden” restoranı;

6. Bakı şəhəri, Binəqədi rayonu‎, Nərimanov küçəsi, ev 15F ünvanında yerləşən, fiziki şəxs Qurbanov Munasib Rafiq oğluna məxsus restoran;

7. Bakı şəhəri, Nərimanov rayonu‎, X. Xoyski 144 ünvanında yerləşən, fiziki şəxs Qalota Oleq İqoreviçə məxsus “Tesla” çay evi;

8. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küçəsi, ev 5, mənzil 9 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus “Turac” kafesi;

9. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında yerləşən, fiziki şəxs Qurbanov Fuad Alikoviçə məxsus “Antikinoteatr” kafesi;

10. Bakı şəhəri, Nərimanov rayonu, K. Atatürk 11/16 ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Nazir Surxay oğluna məxsus “Çinar” kafesi;

11. Bakı şəhəri, Xəzər rayonu‎, Mərdəkan qəsəbəsi, ev 87 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Vaqif Haknəzər oğluna məxsus restoran;

12. Bakı şəhəri, Xəzər rayonu‎, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Yunusov Ağabəy Ağasəf oğluna məxsus “Rahib” restoranı;

13. Bakı şəhəri, Nizami rayonu‎, Şərifli küçəsi, ev 256B ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Səməd oğluna məxsus restoran;

14. Bakı şəhəri, Yasamal rayonu‎, Zərdabi prospekti, ev 3166 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;

15. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həsənov Qivami Hüseyn oğluna məxsus “Tac” dönər evi;

16. Qusar rayonu N. Şərifov küçəsində yerləşən, fiziki şəxs Sədullayev Səfayil Pirnəzər oğluna məxsus kafe;

17. Tərtər rayonu, İrəvanlı kəndində yerləşən, fiziki şəxs Camalov Zaur Bayram oğluna məxsus kafe;

18. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən, fiziki şəxs Rəhimov Nizami Malik oğluna məxsus kafe;

19. İsmayıllı rayonu, Məmmədov küçəsində yerləşən, fiziki şəxs Süleymanov Seymur Alxan oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            903 05.06.21 18:54