Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu məşhur restoranlarda pozuntular aşkarlandı - SİYAHI

21.08.2021 18:09 771
Bu məşhur restoranlarda pozuntular aşkarlandı - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 20 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 683 monitorinq keçirilib.
Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 126 ünvanında yerləşən, fiziki şəxs Hacımuradov İlqar İsrafil oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Şərifzadə Nadir İlqar oğluna məxsus kafe;

3. Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov 11 d ünvanında yerləşən, fiziki şəxs Həsənov Əliəşrəf Həmid oğluna məxsus “Zeytun Bağı” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, 28 May, 13 m ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Həmid Abbas oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, V.Çəmənzəminli 14 ünvanında yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus “Beer Majlis” kafesi;

6. Bakı şəhəri, Yasamal rayonu, Bağırova 2 A ünvanında yerləşən, fiziki şəxs Haciyev Aslan Namiq oğluna məxsus “Pizza Mizza” kafesi;

7. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən, hüquqi şəxs "İmpeks-Musa" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;

8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna-Mərdəkan yolunda yerləşən, fiziki şəxs Hüseynov Zəlimxan Kərim oğluna məxsus restoran;

9. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Tağıyev Elxan Möhübbət oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləribarədə ən sərt tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner