Mojo.az Banner
17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Altı müəssisədə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub

17.08.2021 20:39 792
Altı müəssisədə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 16-da ölkə üzrə 415 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu‎, Heydər Əliyev pr. 1 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus “Bulud” kafesi;

2. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 249F ünvanında yerləşən, fiziki şəxs Məmmədova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kabab” restoranı;

3. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanında yerləşən, fiziki şəxs Abbasov Akif Elşən oğluna məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 3154-ci məhəllədə yerləşən, fiziki şəxs Qəhramanov Zaur Nəriman oğluna məxsus pub;

5. Bakı şəhəri, Sabunçu ‎rayonu, Mehmandarov küçəsi 139 ünvanında yerləşən, fiziki şəxs İsayev Azərə məxsus “Barış” restoranı;

6. Sumqayıt şəhəri, Bələdiyyə parkının ərazisində yerləşən, fiziki şəxs İsayev Mehman Xandadaş oğluna məxsus "Zeytun” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner