"Başkent" və "Qızıl ay" restoranları cərimələndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bir manata görə "parkovşik"lər dalaşdı: Birinin çənəsi sındı  |     22:57 İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirib  |     22:55 Bu rayonda xəstəxana tikilir - Layihəsi 597 minə hazırlanacaq  |     22:50 Bakı çimərliklərində "cib yandıran" qiymətlər  |     22:44 Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi (VİDEO)  |     22:36 Azərbaycanda illik inflyasiya məlum olub (RƏQƏMLƏR)  |     22:30 Mingəçevirdə üç avtomobil toqquşdu: Xəsarət alanlar var  |     22:25 Paşinyan: "İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır"  |     22:17 Bakıda mübahisə ölümə səbəb oldu - Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi  |     22:12 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər  |     22:04 Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb  |     21:59 Əlikram Bayramovun itkin düşmüş qardaşı oğlu tapıldı  |     21:51 "Space TV"yə "Maşa və ayı" cizgi filminə görə xəbərdarlıq edildi  |     21:46 "Real" Argentina millisinin futbolçusunu transfer edib  |     21:39 ABŞ Yaxın Şərqə hərbi qüvvə göndərir  |     21:32 Rusiya və bir sıra ölkənin 90-a yaxın mədəniyyət nümayəndəsi quru yolla İrandan Azərbaycana gətiriləcək  |     21:31 Xameneinin iqamətgahlarından biri raketlə vurulub  |     21:25 Üç şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib  |     21:19 İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub  |     21:11 Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib  |    

"Başkent" və "Qızıl ay" restoranları cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 698 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu‎, Ağasadıq Gəraybəyli 28 b 3068 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Xaliq Lətif oğluna məxsus "Şabalıd" restoranı;

2. Bakı şəhəri, Xətai rayonu‎, Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pak dad" restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 51‎ ünvanında yerləşən, fiziki şəxs Ağamətov Xəlil Gülmət oğluna məxsus "Qızıl ay" restoranı;

4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Ali Mustafayev küçəsi, ev 15 B ünvanında yerləşən, fiziki şəxs Ağayev Orxan Rasim oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi ‎rayonu, 3-cü mkr., Cavadxan küçəsi 3005, 5-ci məhəllədə yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus "Başkent" restoranı;

6. Bakı şəhəri, Nizami ‎rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Fariz Aslan oğluna məxsus "Arpaçay" kafesi;

7. Bakı şəhəri, Yasamal rayonu‎, İzmir küçəsi, ev 27 E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus “Pizza bruno” restoranı;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            888 31.05.21 19:01