Mojo.az Banner
23:07 Gəncədə yeniyetməni avtomobil vurdu  |     22:56 MTK-lar daxili krediti niyə azaldıblar? (VİDEO)  |     22:51 İbrahimoviç Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib  |     22:28 “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı  |     22:19 Astarada mobil telefonunda qumar oynayan şəxs cərimə edildi  |     22:11 "Mersedes" Dubayda 8 milyardlıq şəhər inşa edir  |     22:01 Polad Bülbüloğlu oğlu ilə Şuşadakı evinin bağını göstərdi - VİDEO  |     21:47 Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü  |     21:42 Bu il neçə kişi sığınacağa müraciət edib?  |     21:34 Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb  |     21:26 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO  |     21:17 Keçmiş prokuror vəfat etdi  |     20:57 Rusiya ordusu bu kəndləri ələ keçirdi  |     20:49 Murad Övüç həbs edildi  |     20:28 Avropa ölkələri Ukrayna üçün hər il bu qədər pul ödəyəcək  |     20:22 Amnistiyanın icrasına başlanılıb  |     20:18 MDB liderləri Sankt-Peterburqa toplaşır - Tarix açıqlandı  |     19:58 Bu şəhərdə sadəcə 18 dəqiqə gündüz olacaq  |     19:45 Bu şəxslərə bayramla əlaqədar 500 manat verildi - RƏSMİ  |     19:23 İranda İsraillə əlaqədə ittiham olunan gənc edam olunacaq  |    
Left Banner
Right Banner

Gömrük Hospitalının həkimləri: "İki ildir, maaşımız karta yüklənəndən sonra əlimizdən alınır"

12.03.2025 13:10 918
Gömrük Hospitalının həkimləri:
"İki ildir ki, dövlətin bizə verdiyi maaşı ala bilmirik. Əməkhaqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar".

Median.Az
xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib:

"O zaman bizi bir yerə topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin (DGK) maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik.

Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız kartınıza oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3 min manat əməkhaqqı almalıdırsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə dedilər ki, sizə ancaq həmin o gömrükdən alacağınız pul çatacaq. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar".

Onlar sözügedən problemin bütün həkimləri əhatə etdiyini söyləyiblər:

"Bu, hospitalın qərarı deyil, DGK belə qərar verib. Əvvəlcə cəmi 6 ay müddətdə - maddi vəziyyət düzələnə kimi olacağı deyilsə də, artıq illərdir ki, davam edir".

Şikayətlə bağlı DGK-ya müraciət edilib. Qurumdan belə cavab verilib:

"Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar vaxtında və tam həcmdə ödənilir".

Qeyd edək ki, daha əvvəl DGK-da işçilərin əməkhaqlarının aylardır ödənilməməsi, həmçinin əməkdaşların məzuniyyət hüquqlarının pozulması kimi hallarla bağlı da məlumatlar yayılmışdı.скачать dle 11.3