Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək | 19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq |
Mojo.az Avto
Mojo.az Avto

"Oleq Bakinski"nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub

12.03.2025 21:30 873
Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Belə ki, ötən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılan və bu gün prosesdə iştirak edən şahid Elşən Soltanov deyib ki, Konstantin Kuçerə məxsus “Global Force Technology” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, zərərçəkən “Aviazapçast” ASC ilə müqavilə bağlananda həmin şirkətdə çalışıb və bu şirkətlə bağlanan müqaviləyə imza atıb.

"İşlədiyim şirkət mülki hava gəmilərinin ehtiyat hissələrinin satışı ilə məşğul idi. Bir neçə xarici şirkətlə müqavilə bağlanmışdı. Həmin şirkətlərin adları yadımda deyil. Bizim şirkətdə 25 nəfərə yaxın işçi var idi. Müqavilələrlə bağlı danışıqları Konstantin Kuçer və digərləri aparırdı. Vəzifəm direktor olsa da, səlahiyyətlərim az idi", - şahid deyib.

Daha sonra vəkillər məhkəməyə bir neçə vəsatət təqdim edib. Konstantin Kuçerin vəkili cinayət işi üzrə zərərçəkənlərin ölkəyə giriş-çıxış tarixlərinin məhkəməyə təqdim olunması üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Oleq Bakinskinin müdafiəçisi müvvəkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim edib.

"Müdafiə etdiyim şəxs peşəkar idmançıdır. Həmçinin Oleq Krapivinin ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Xahiş edirəm ki, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizi təmin edəsiniz", - vəkil deyib.

Məhkəmə vəsatətə hazırkı prosesin sonunda baxılacağını bildirib.

Prosesdə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti, FHN-nin İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O həmin ifadəsində deyib ki, hadisə baş verən gün cinayət işi üzrə zərərçəkənləri "Babək Plaza"ya Konstantin Kuçerlə görüşməyə aparıb:

"Onlar arasında problem olduğunu orada öyrəndim. Sonra ofis daxilində səs küy yarandı. Biri deyirdi, sənin sənədlərin səhvdir, digəri isə inkar edirdi ki, sənədləri düzdür. Oradan çıxanda Valeriy Nikolayeviçin alnında xəsarət olduğunu gördüm. Dedi ki, onlar ona xəsarət yetiriblər".

Vəkillər etiraz edərək Füzuli Musayevə suallar verilməsi üçün məhkəməyə çağırılmasının zəruri olduğunu bildirib.

Hakim Elnur Nuriyev prosesdə sənədlərin tədqiq edilməsi mərhələsinə keçildiyini bildirib.

Sonda Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.


"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.


İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.


İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Son xəbərlər