Mojo.az Banner
15:00 Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK  |     14:50 Günəşdə iki partlayış baş verib  |     14:47 Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? - Rəsmi  |     14:44 Paşinyan Azərbaycanla sərhədin növbəti delimitasiyasının anonsunu verdi  |     14:42 Bakıda 41 yaşlı qadın faciəli şəkildə öldü  |     14:41 Türkiyəli məşhur aşpaz Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum oldu  |     13:15 Leyla Əliyeva İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzindən paylaşım edib - FOTO  |     12:53 "Real Madrid" Mbappeni "itirdi"  |     12:51 Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var  |     12:35 Ağcabədidə iki əmioğlu öldürüldü - 22 yaşlı tanışları SAXLANILDI (Yenilənib)  |     12:08 Ağdaşda 68 yaşlı kişi kafedə öldü  |     11:52 İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ  |     11:44 Amnistiya aktının icrası BAŞA ÇATDI - Qərar neçə şəxsə şamil edildi?  |     11:41 Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI  |     11:40 Monqolustanda güclü zəlzələ oldu  |     11:39 Bakıda məktəbli oğlanı maşın vurub öldürdü  |     11:38 Vaşinqtonda atəş açılan tədbirdən qaçanlar spirtli içkiləri niyə götürüblər?  |     11:37 Somalidə daha bir yük gəmisi qaçırıldı  |     11:32 Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik  |     11:30 Rusiyalı milyarderin yaxtası Hörmüz boğazından keçib - FOTO  |    
Left Banner
Right Banner

"Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib

07.02.2025 20:01 666
Ukraynalı "kriminal avtoritet" Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapovinin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

O, müvəkkilinin səhhətində problem olduğunu və məhkəmə istintaqının bitməsinə qədər onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra Konstantin Kuçer ifadə verib. O bildirib ki, 2017-2018-ci illərdə Fransada yaşayıb:

"Mən mülki aviasiya ehtiyat hissələrinin idxalı və ixracı ilə məşğul olurdum. İspaniyada da şirkətim var idi, lakin təsisçisi başqa adam idi. Həmin ehtiyat hissələrini müxtəlif ölkələrdən, o cümlədən Ukraynadan da idxal edirdik".

K.Kuçer deyib ki, onun ləğv edilmiş "Günaybank"dan başqa, digər banklarda da hesabı olub:

"Günaybank" bağlandıqdan sonra başqa banklardakı hesablarımdan ehtiyat hissələrinin bir qisminin ödənişini etmişdim. Lakin yükün Rusiyaya göndərildiyini əsas gətirərək saxlamışdılar. Hətta Qazaxıstana gedən yükün belə Rusiyaya göndəriləcəyini düşünürdülər".

O həmçinin vurğulayıb ki, Valeriy Zaxarenkov ilə görüşəndə onun yanında Oleq Krapivin, Füzuli Musayev və digərləri olub:

"Onlar 5 nəfər idilər. Mən sənədləri gətirmək üçün oradan çıxdım, 5 dəqiqə sonra geri qayıtdım. Qayıdanda hər şey qaydasında idi, təxminən 40 dəqiqə oturduq".

Daha sonra Oleq Krapivin ifadə verib. O bildirib ki, qarşı tərəf onunla söyüşlə danışıb:

"Dedim ki, söyüşü geri götür, üzr istə, bitsin, getsin. Əsəbi halda söyüşlə danışırdı. Daha sonra üstümə gəlməyə başladı. Zaxarenkov söyüş söyəndə Kuçer otaqda yox idi. Onların bir-birini tanıdığını sonradan öyrəndim. Məni niyə çağırdıqlarını bilmirdim. Kuçerin Zaxarenkovu vurduğunu görməmişəm".

Zərərçəkən Valeriy Zaxarenkov təqsirləndirilən Oleq Krapivinə onu ikinci dəfə oraya kimin çağırdığı ilə bağlı sual verib. Təqsirləndirilən şəxs söyləyib ki, onu ikinci dəfə oraya Füzuli Musayev çağırıb.

Daha sonra zərərçəkən Valeriy Zaxarenkov ifadə verib. Onun sözlərinə görə, birinci dəfə onu Oleq Krapivin, daha sonra isə Konstantin Kuçer vurub.

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin olunub.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner