Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Oleq Bakinski" məhkəmədən bəraət istədi

04.09.2025 18:31 543
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən, əslən azərbaycanlı kriminal avtoritet Oleq Andreyeviç Krapivin (Oleq Bakinski) və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Konstantin Antonoviç Kuçerin barəsində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Konstantin Kuçerin vəkili Elşad Əliyev bildirib ki, müvəkkilinə verilən dələduzluq ittihamı birinci instansiya məhkəməsi tərəfindən sübuta yetirilməyib: "Silahdan istifadə etməklə xuliqanlıq cinayəti isə istintaqın uydurmasıdır. Məhkəmədən xahiş edirəm ki, Konstantin Kuçer barəsində bəraət hökmü çıxarsın".

Prosesdə çıxış edən Oleq Bakinskinin vəkil Xeyrənsə Babayeva isə deyib ki, müvəkkili ona verilən cəza ilə razı deyil. O bildirib ki, Oleq Bakinskiyə bəraət verilməlidir.

Məhkəmədə çıxış edən Oleq Bakinski şərləndiyini vurğulayıb: "Mən heç bir cinayət törətməmişəm. Mənim üstümə böhtan atılıb, xahiş edirəm mənə bəraət verəsiniz".

Proses sentyabrın 18-də davam edəcək.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oleq Bakinskiyə 2 il 6 ay şərti cəza verilib. Digər təqsirləndirilən Konstantin Kuçer isə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeri Zaxarenkoya Bakıda xəsarət yetirməkdə və ona qarşı dələduzluqda ittiham olunublar.

Eyni zamanda, iş üzrə "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıblar.
//oxu.az

Son xəbərlər