Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm

12.03.2025 21:48 861
Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm
Qadın minatəmizləyənlərə ehtiyac var, çünki mina məsələsi diqqət tələb edir və qadınlar da diqqətcildirlər.

“Report” xəbər verir ki, bu barədə "Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə martın 12-də Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət” mövzusunda keçirilən tədbirdə deyib.

O, ixtisasca müəllim və yeddi il pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, qadın minatəmizləyən olmaq qərarına gəldiyini bildirib:

"Bununla bağlı elan gördüyüm an iş üçün müraciət etdim. Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm. Axı niyə qadın minatəmizləyən olmamalıdır? Düşündüm ki, qadın minatəmizləyənlərin olması çox vacibdir. Çünki qadınlar diqqətcildir və mina məsələsi də diqqət tələb edir”.

S.Əhmədli bildirib ki, minatəmizləmə fəaliyyəti cinsi ayrı-seçkilk anlayışını qəbul etmir:

“Bizim işimizin cinsi ayrı-seçkiliklə əlaqəsi yoxdur. Bu, Vətən, torpaq işidir. Mən ilk qadın minatəmizləyəm ola bilərəm, amma bütövlükdə olduğum yerlərdə digər 17 minatəmizləyən qadının da səsiyəm”.скачать dle 11.3
Mojo.az Banner