"Counterpoint Research" analitikləri 2024-cü ilin ikinci rübündə ən çox satılan büdcə smartfonları haqqında hesabat dərc ediblər.
Median.Az axar.az-a istinadən xəbər verir ki, bazar əsasən qiyməti 150 dollardan aşağı olan modellər hesabına böyüyür və büdcəli smartfonlar qlobal satışın 37%-ni təşkil edir.
2024-cü ilin ikinci rübündə 100 milyondan çox smartfon satılıb ki, bu da illik müqayisədə 10% çoxdur. Ən populyar büdcə modellərinin satışları 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.
Ucuz Android cihazları arasında lider 4,1% bazar payı ilə "Redmi 13C 4G" olub. İkinci yerdə 4% payla "Samsung Galaxy A05", üçüncü yerdə isə 3,3% ilə "Galaxy A15 4G" qərarlaşıb. Dördüncü yeri 2,4% payla "Redmi 13C-nin 5G" versiyası, beşinci yeri isə eyni göstərici ilə "Redmi A3" tutur.
Siyahıya həmçinin "Samsung Galaxy A05s" (2,3%), "Tecno Spark Go 2024 4G" (1,7%), "Oppo A18" (1,5%), "Oppo A58 4G" (1,4%) və "Oppo A38" (1,4%) daxildir.