Dollara tələbat artır - Manat ucuzlaşacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Dollara tələbat artır - Manat ucuzlaşacaq?

Dolların qiyməti sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Cəmiyyət arasında dolların bahalaşması ilə bağlı iddialar var. ABŞ valyutasının 2 manata bərabər olacağı ilə bağlı məlumatlar da yayılıb.

Bəs reallıq necədir?

İqtisadçı Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, dollara tələbin artmasının bir sıra səbəbləri var. Onlardan biri də ölkədən kapital çıxışına olan meyillərlə bağlıdır.

"Zənnimcə, bu proses hələ də dollara olan tələbata kifayət qədər ciddi təsirlər göstərməkdədir. Mənə elə gəlir ki, bu məqam Mərkəzi Bankı ciddi şəkildə narahat etməlidir və bu prosesin qarşısı alınmalıdır. Burda müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsi, kapital çıxışı ilə bağlı qabaqlayıcı tədbirlərin olması vacibdir. Xüsusilə nəzərə aldıqda ki, xarici ticarətdəki müsbət saldonun həcmi azalır”.

Dollara olan tələbatın tənzimlənməsi

İqtisadçı valyuta bazarındakı sabitliyin zərurətindən də danışıb.

"Bütün bunlar onu deməyə əsas verir ki, biz Mərkəzi Bankdan effektiv şəkildə pul-kredit siyasətinin idarə olunması və tənzimlənməsini gözləməliyik. Valyuta bazarındakı sabitlik qorunmalıdır. Bu kritik dərəcədə ölkə iqtisadiyyatındakı müsbət inkişaf xəttinin reallaşdırılması üçün lazımdır. Düşünürəm ki, xarici ticarətdə cari əməliyyatlarla bağlı valyuta mübadiləsində heç bir məhdudiyyət tətbiq edilməməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 14.09.24 20:50