Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB)

Xəbər verdiyimiz kimi, 2024-cü ilin altı ayı ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb. Məlumata görə, transfertlərin həcmi ötən illə müqayisədə 608 milyon dollardan 287,1 milyon dollara düşüb.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyadan Azərbaycana pul köçürülməsinin azalması gözlənilən idi.

"Bu trend çoxdan başlayıb. Çünki Rusiyada artıq 3 aydır valyutaya çıxış imkanları xeyli məhdudlaşıb. Rubl ucuzlaşıb, orada çalışan azərbaycanlılar artıq əvvəlki kimi pul qazana bilmir, rubl ilə qazandıqları pulu valyutaya çevirməkdə çətinlik çəkirlər. Ona görə də bunun baş verəcəyi gözlənilirdi. Mənə elə gəlir ki, hazırkı tendensiya bundan sonra da azalan tempdə davam edəcək. Bu isə müəyyən problemlər yarada bilər. Çünki Azərbaycanda bəzi regionlar var ki, Rusiyadan gələn pul orada çox önəmli rol oynayır. Dolanışığını Rusiyadan gələn pullar hesabına keçirən ailələrin gəlirləri azaldıqca sosial qayğıları, narazılıqları da artacaq”, - o əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            273 14.09.24 20:20