Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ ordusu 4 İŞİD liderinin məhv edildiyini açıqladı - ADLAR

14.09.2024 20:31 2 010
ABŞ ordusu 4 İŞİD liderinin məhv edildiyini açıqladı - ADLAR
ABŞ hərbçiləri iraqlı həmkarları ilə birlikdə Qərbi İraqda reyd keçirib və bu reyd zamanı "İslam Dövləti” terror qruplaşmasının dörd lideri məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.

Ümumilikdə Amerika və İraq qüvvələri reyd zamanı 14 İŞİD yaraqlısını məhv etməyə müvəffəq olub.

Eyni zamanda komandanlıq qeyd edib ki, əməliyyat qrup liderlərinə qarşı yönəlib.

ABŞ-ın hesablamalarına görə, İŞİD-in dörd lideri: İraqdakı bütün əməliyyatlara cavabdeh olan Əhməd Həmid Hüseyn Abd əl-Cəlil əl-İtavi, Qərbi İraqdakı bütün əməliyyatlara nəzarət edən Əbu Həmam, texnoloji inkişafa nəzarətdən məsul Əbu Əli ət-Tunisi, Qərbi İraqdakı hərbi əməliyyatlara nəzarətdən məsul Şakir Əbud Əhməd əl-İssavi öldürülüb.

"CENTCOM ABŞ-ı, müttəfiqlərimizi və tərəfdaşlarımızı və regional sabitliyi təhdid etməyə davam edən İŞİD-in son məğlubiyyətinə sadiq qalır", - ABŞ Mərkəzi Komandanlığının komandiri Maykl Erik Kurilla deyib.

Xatırladaq ki, avqustun sonunda ABŞ İraqın təhlükəsizlik qüvvələri ilə birgə əməliyyat keçirib, nəticədə "İslam Dövləti” terror təşkilatının (İŞİD) 15 silahlısı məhv edilib.

Media həmçinin ABŞ və İraqın ABŞ-ın rəhbərlik etdiyi koalisiya qoşunlarının çıxarılması planları ilə bağlı razılığa gəldiyini bildirib.

Son xəbərlər