Mojo.az — elanlar
Son Xəbərlər
15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın ən qorxunc “görməli yeri” haradır?

24.08.2019 20:15 3 595
Dünyanın ən qorxunc “görməli yeri” haradır?
Meksikanın paytaxtı Mexiko şəhərinin yaxınlığında yerləşən "Kuklalar adası" ağacdan asılan minlərlə qorxunc gəlinciyə görə turistlər üçün dünyanın ən qorxulu "görməli yeri" adını qazanıb.

Median.Az
fins.az-a istinadən bildirir ki, 1950-ci illərdə həmin adada Xulian Santana Barrera (Don Julian Santana Barrera) adlı keşiş yaşayıb. O, dini inanclarına görə doğma şəhərindən buraya sürgün edilib.

Bir gün keşiş suda boğulan qızın qışqırıq səsini eşidərək yardıma tələsib, lakin xilas edə bilməyib. O, suda qızın kuklasını tapıb və yadigar olaraq ağacdan asıb.

2001-ci ildə vəfat edən Barrera bu əfsanəni ölümündən öncə danışıb. O, adadakı çay sularında kuklalar tapdığını və batan qızın ruhuna ehtiram olaraq onları ağaclardan asdığını deyib.

Keşiş özündən sonra ağaclarda çoxlu sayda qorxunc plastik və parça kuklalar qoyaraq elə həmin adada ölüb. O, orada yaşayan yeganə adam olub.

Ölən qızın ruhunun hələ də bu məkanda dolaşdığı barədə gəzən şayiələrə baxmayaraq, turistlər bu yer haqqında xəbər tutub adaya axın etməyə başlayıblar.

"Ziyarətçi"lərin sözlərinə görə, ada həqiqətən də qorxunc görünür. Kuklaların çoxunun üstünü tor və kif bürüyüb. Oyuncaqların bəzilərinin başı çıxarılaraq yerə sancılmış çubuğa keçirilib.

Barreranın əfsanəsindəki qızın ölüm faktı təsdiqlənməsə də, turistlər qorxunc məkanı canlı görmək üçün bütün dünyadan buraya axışırlar.

Son xəbərlər