Mojo.az Banner
23:26 "Spotify" xidmətinin işində qüsurlar yarandı  |     22:47 Rixard Raşi Azərbaycana gəldi  |     22:46 Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır  |     22:39 Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ  |     22:32 Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir  |     22:24 Hotellər ən çox gəliri nədən əldə edir?  |     22:19 Dünyanın ən bahalı gəmiləri: "Trump"lar nüvə enerjisi ilə təchiz ediləcək  |     22:10 Bərdədə təqaüd və işə düzəltmə dələduzluğu  |     22:05 Azər Əhmədov vəzifəsindən azad edildi  |     21:58 Ermənistan Rusiyanın notasına əhəmiyyət vermədi  |     21:53 İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq  |     21:45 Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI  |     21:40 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı  |     21:33 BDU-nun əməkdaşı vəfat etdi  |     21:28 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA  |     21:20 Qubanın üç kəndinin adı dəyişdirilib  |     21:15 Eminemin ilk albomu rekord qiymətə satıldı  |     21:07 Azərbaycan iqtisadiyyatı böyüyüb  |     21:01 "Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat  |     20:54 İşğaldan azad olunan ərazilərə ayrılan vəsait açıqlandı  |    
Left Banner
Right Banner

Yenilik gəlir: Artıq sənədsiz ev qalmayacaq

29.07.2019 23:30 1 615
Yenilik gəlir: Artıq sənədsiz ev qalmayacaq
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayırb.

Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov söyləyib.

O, bildirib ki, həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilib: “Komitə tərəfindən ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Bu cür özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı komitə tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”.

Q. Xəlilov deyib ki, artıq bu məqsədlə işçi qrupu da yaradılıb: “Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tiklilərin invertarlaşdırılması və dəqiqləşdirilməsi işlərini həyata keçirəcək”.

Q. Xəlilov bildirib ki, Konsepsiya qəbul edildikdən sonra Dövlət Neft Şirkətinin saziş ərazilərindəki qanunsuz evlərin sənədləşdirilməsi məsələsi də bəlli olacaq.скачать dle 11.3
Mojo.az Banner