Mojo.az Banner
16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Deyir, atama nə olub, məndən gizlətməyin...” - İtkin pilotun oğlundan ÜRƏKDAĞLAYAN sözlər

27.07.2019 17:31 2 276
“Deyir, atama nə olub, məndən gizlətməyin...” - İtkin pilotun oğlundan ÜRƏKDAĞLAYAN sözlər
“Deyir, atama nə olub, məndən gizlətməyin...” - İtkin pilotun oğlundan ÜRƏKDAĞLAYAN sözlər
“Biz Rəşadın salamat qayıdacağından ümidimizi kəsmirik. Əlimiz Allahın ətəyində dua eləyirik...”

Median.Az
xəbər verir ki, bu sözləri hazırda axtarışda olan Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınanası Məhbubə Hüseynova News24.az-a danışarkən deyib.

O bildirib ki, Rəşad Atakişiyevi tanıyan hər kəs tezliklə ondan yaxşı xəbər alacağından inamını kəsmir:

“Könül çox pis vəziyyətdədir. Dərmanla sakitləşdiririk. Qulağı səsdə xəbər gözləyir. Danışanların ağzına baxır. Deyir, Rəşad sağ-salamat qayıdacaq, başqa heç bir xəbəri qəbul eləmirəm”.

Məhbubə Hüseynova onlara sosial şəbəkədə başsağlığı verilməsindən də çox üzüldüyünü bildirib:

“Rəşadın şəklinin altından başsağlığı yazırlar. Rəsmi xəbər yoxdur. Hələ axtarışlar gedir. Axı niyə başsağlığı verirsiz? Ona “Allah rəhmət eləsin” deməyə necə diliniz gəlir? Axı, mənim balam hələ yol gözləyir?”

Məhbubə xanım onların dərdinə şərik çıxan hər kəsdən dua gözləyir:

“Hamıdan Rəşad üçün dua istəyirəm. Uşaqları hər şeydən xəbərsizdir. Onları yaxınlarımızın birinin evinə aparmışıq ki, gəlib-gedəni görməsinlər, danışılanları eşitməsinlər. Amma böyük oğlu çox həssasdır. Deyir, atama nə olub? Məndən gizlətməyin... Amma biz onu aldadırıq. Deyirik, atan başqa yerə döyüşə gedib, tezliklə qayıdacaq”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və Rəşad Atakişiyevin idarə etdiyi aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırır.скачать dle 11.3
Mojo.az Banner