Mojo.az Banner
17:51 Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb - ŞİKAYƏT  |     17:25 "ChatGPT"nin fəaliyyətində nasazlıq yarandı  |     17:23 Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılacaq?  |     17:18 Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı  |     17:07 "Real Madrid"in əsas transfer hədəfi bəlli oldu  |     16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |     16:09 Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA  |     15:58 Azərbaycanda futbol klubu 400 min manata SATILDI  |     15:22 Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM  |     15:15 Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub  |     15:10 "Real"ın 100 milyon avroluq təklifi rədd edildi  |     15:02 Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - Video  |     15:01 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunub  |     14:56 Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı  |     14:51 "Əl-Hilal" 64 milyon avroluq transfer etdi  |     14:43 Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb  |     14:38 Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı  |     14:30 Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ  |    
Left Banner
Right Banner

Sabah az yağış yağacaq

26.07.2019 13:17 1 436
Sabah az yağış yağacaq
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 27-si Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 55-60 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.скачать dle 11.3
Mojo.az Banner