Mojo.az — elanlar
Son Xəbərlər
14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

16.07.2019 17:26 1 887
Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi
“Keşikçidağ” monastır kompleksinə giriş iyulun 15-dən Gürcüstan tərəfdən məhdudlaşdırılıb.

Turistlərdən ibarət qrupları Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” kompleksinə aparan bələdçilər məbədin bəzi obyektlərinə girişlə bağlı problemin yarandığını bildiriblər.

Bələdçilərdən biri İrakli Marukşavili deyib ki, turistlər iyulun 15-də Voskreseniya məbədinə və Çiçxituri qülləsinə qalxa bilməyiblər:
“Həmişəki kimi, yamacı keçmək istəsək də, təəssüf ki, indi buna icazə verilmir. İlk metal çəpərin başlandığı yerədək qalxmaq olur. Gürcüstanlı hərbçilər orada dayanıblar. Onlar bizə dedilər ki, uzaq məsafəyə buraxa bilməzlər. Onlara belə əmr verilib”.

Bələdçi Rusudan Caparidze isə deyib ki, bu gün keçirilmiş yığıncaqda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyadan qaçmaq üçün məbəd kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər:

“Biz vəziyyətin gərginləşməsində maraqlı deyilik, problem diplomatik yolla həll edilməlidir”.

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.

Son xəbərlər