Mojo.az Banner
19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |     19:04 Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır  |     18:58 Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq  |     18:45 Ermənistanda Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub  |     18:33 Sabah bu ərazilərdə qaz olmayacaq  |     18:26 Yaş artdıqca evlənmək istəyi azalır? – Araşdırma nə deyir  |     18:18 Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu  |     18:13 Bakıda yeni tribuna quraşdırıldı  |     18:08 Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:48 Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi  |     17:47 Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi  |     17:21 Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?  |     17:08 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı  |     16:57 Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU  |     16:50 30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?  |     16:42 Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi  |     16:39 "Təzə Bazar"da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı  |     16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |    
Left Banner
Right Banner

Gürcüstan prezidenti: Azərbaycanla sərhəd məsələsini həll etmək lazımdır

01.05.2019 11:29 4 574
Gürcüstan prezidenti: Azərbaycanla sərhəd məsələsini həll etmək lazımdır
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Azərbaycanla Gürcüstan arasında ümumi sərhədlər üzrə razılıq əldə edilməsi iki ölkə arasında dostluq münasibətlərini gücləndirəcək və mövcud olan problemləri aradan qaldıracaq. Bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moistrapişvili məlumat yayıb.

O bildirib ki, bir neçə gün öncə azərbaycanlı sərhədçilərin gürcülərə məxsus Udabno (Keşikçidağ) monastrına gedən yolu bağlaması sərhədlərin delimitasiyası məsələsini yenidən gündəmə gətirib.

Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumat yaymışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) cavab olaraq bəyan edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”скачать dle 11.3
Mojo.az Banner