Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"

23.10.2026 12:23 468
10 yaşlı uşağa təcavüz edən
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib.

Hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaqla məşğul olub. O, bir müddət əvvəl tanıdığı qonşusu, 2016-cı il təvəllüdlü oğlana partlayıcı protexniki vasitə verəcəyini bildirib və bu adla uşağı evə apararaq, qapını açarla bağlayıb. Akif əvvəlcə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər, daha sonra təcavüz edib.

Həmin vaxt uşağın anasının oğlunu axtarmasından xəbər tutan Akif onu evdən buraxıb. Azyaşlının valideynləri hadisə ilə bağlı polisə məlumat veriblər. A.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı Akif öncə hadisəni boynuna almasa da, sonradan içkili vəziyyətdə olduğunu bildirərək hadisəni etiraf edib: "Cinlərlə savaşırdım, onlar mənim gözümə görünür, mənimlə danışır və narahat edirlər. Özüm dinlə məşğul oluram. Cinlərlə 2017-ci ildən danışıram.

Bu söhbət indi də davam edir və məni çox narahat edir. İçki içib-içməməyimdən asılı olmayaraq, onlar gözümə görünür. Mənə deyirdilər ki, iç, düzələcəksən, amma heç bir xeyri olmadı. Hadisə günü də spirtli içki qəbul etmişdim. Sərxoş olduğum üçün heç nəyi xatırlamıram, cinlər məni yoldan çıxardı".

Məhkəmənin hökmü ilə Akif Məmmədov 17 il azadlıqdan məhrum edilib.
//oxu.az

Son xəbərlər