Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 67 yaşlı sahibkardan iyrənc cinayət: Mağazada 12 yaşlı oğlana təcavüz etdi

02.10.2025 12:32 1 470
Bakıda 67 yaşlı sahibkardan iyrənc cinayət: Mağazada 12 yaşlı oğlana təcavüz etdi
Bakıda 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib.

Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ü.Abdullayev küçəsində yerləşən ərzaq mağazasında baş verib. Mağaza sahibi, 1958-ci il təvəllüdlü Mürvət İbrahimov (ad və soyad şərtidir) qonşuluqda yaşayan, 2013-cü il təvəllüdlü oğlana qarşı seksual zorakılıq edib.

Məlumata görə, 2013-cü il təvəllüdlü oğlan hər gün səhər saatlarında oxuduğu orta məktəbə gedərkən, məktəbin yaxınlığında yerləşən mağazaya daxil olub, oradan yemək üçün qoğal və digər qidalar alırmış.

Bir gün oğlan yenidən şirniyyat almaq üçün mağazaya daxil olur. M.İbrahimov ona pulsuz şirniyyat verərək, onu mağazanın arxa otağına keçirib, orada seksual xarakterli hərəkətlər edib. O, daha sonra oğlana 1 manat verib ki, bu hadisəni heç kimə deməsin.

Bundan sonra M.İbrahimov hər gün oğlan dərsə gedən zaman onu mağazaya çağırır, şirniyyat verərək ona qarşı seksual hərəkətlər edir.

Təxminən bir il bu hərəkət davam edir. Bir gün oğlan səhər saatlarında yenidən mağazaya konfet almağa gəlir. 67 yaşlı Mürvət ona konfet verib mağazanın arxa otağına keçirir. O, oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olur. Daha sonra o, uşağa 2 manat verərək, bu hadisəni heç kimə deməməyi bildirir.

12 yaşlı oğlan həmin gün heç kimə heç nə deməsə də, səhəri gün ağrıları başladığından bu barədə anasına məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 67 yaşlı Mürvət İbrahimov saxlanılır, faktla bağlı cinayət işi başlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İbrahimov 16 il azadlıqdan məhrum edilir.
//oxu.azскачать dle 11.3

Son xəbərlər