Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Biri əsgər gedəcəkdi, 3-ü də qapıbir qonşusu idi... - Leriki yasa boğan qəza - FOTO

10.07.2019 23:14 1 630
Biri əsgər gedəcəkdi, 3-ü də qapıbir qonşusu idi... - Leriki yasa boğan qəza - FOTO
Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlandı.

Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən "Mersedes Benz Vito"nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.

Qəza nəticəsində digər vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu isə Xocadoy kənd sakinləri olublar. Əldə edtiyimiz məlumata görə, ata və oğulları yaxın günlərdə kənddə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxmışdılar.

Qəzada yaralanan Tağıyeva Miranə isə Kərvəz kəndindədir. O, qəzadan yaralı qurtulsa da, 3 yaşlı övladı Rufullayev Ayxan Natiq oğlu hadisə yerində keçinib.

Hazırda Bakıda müalicə aldığı deyilən Minarənin qardaşı Tağıyev Əlizahir Atalı oğlu da qəza nəticəsində həlak olub. Kənd sakinləri onun Rəşad adı ilə çağırırdır. Yaxınlarının bildirdiyinə görə, o, yaxın vaxtlarda hərbi xidmətə gedəcəkdir.

"Mersedes Benz Vito"nun sürücüsü Nizami Mustafayevə gəlincə, kənd sakinlərinin verdiyi məlumata görə, o, mehriban biri olub. Uzun müddət idi ki, Bakı-Lerik və əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurmuş. Hazırda həbs edilən 35 yaşlı sürücünün 4 övladı var.

скачать dle 11.3
Mojo.az Banner