Mojo.az Banner
18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranın “balıq cənnəti”: Burda hər il milyonlarla balıq yetişdirilir - FOTO/VİDEO

04.06.2019 12:14 2 828
Lənkəranın “balıq cənnəti”: Burda hər il milyonlarla balıq yetişdirilir - FOTO/VİDEO
Lənkərandakı Kiçik Qızılağac Balıqartırma təsərrüfatı balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün uzun illərdir fəaliyyət göstərir. Müəssisə bu il təbii və süni yolla yetişdirdiyi 120 mln körpə balığı Xəzər dənizinə buraxıb.

Lənkəranda 1956-cı ildən fəaliyyətə başlayan Kiçik Qızılağac Balıqartırma təsərrüfatı uzun illər yalnız təbii balıqartırma ilə məşğul olub. Paralel olaraq kütüm balıqlarının süni yolla çoxaldılmasına isə 1980-ildən başlanılıb.

Belə ki, 10-15 günlük körpə kütümlər dairəvi hovuzlarda bir neçə gün təbii yemlərlə qidalandırılır. Daha sonra körpə balıqlar Xəzər dənizinə, yaxın ərazidəki balıqkeçici kanallara buraxılır. Orada da yemləməni davam etdirən işçilər prosesə nəzarət edirlər ki, körpə balıqlar tələf olmasınlar.

Təsərrüfat həmçinin Liman kanalında 4 növ balığı təbii yolla artırır. İlin əvvəlində təmir-törədici fondu yaradılan müəssisədə təbii törədici balıqlar da yetişdirilməyə başlanılıb. Tələbat çox olduğu üçün kütüm balıqlarının artırılmasına xüsusi diqqət göstərilir. Hər il körpə törədicilər milyonlarla sayda artırılaraq dənizə buraxılır.

Təmir-törədici balıq fondu gələcəkdə kütüm və çəkikimilərin törədicilərinin 40-45 milyona çatmasına imkan verəcək.











//oxu.az

скачать dle 11.3
Mojo.az Banner