Mojo.az Banner
22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi

06.10.2026 18:36 132
Bulvarda 630 minlik
Bakının Səbail rayonunda “Lamborghini Urus” markalı avtomobillə təhlükəli manevrlər edən sürücü barəsində inzibati protokol tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 2026-cı ildə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Bulvarda baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü sürücü Hacı Həsənli Ramiz oğlu bazar dəyəri 630 min manat olan “Lamborghini Urus SE MY26 Plug-in Hybrid” markalı, -AV-* dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib.

Sürücünün hərəkəti zamanı avtomobilin təkərlərinin yol səthi ilə sürtünməsi nəticəsində səslər yaranıb. Hadisə “drift” kimi qiymətləndirilib.

Bununla bağlı Səbail Rayon DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edib. Həmin maddəyə əsasən, avtomobili qəflətən sürətləndirərək təkərlərin yol səthi ilə davamlı sürtünməsi nəticəsində səs yaradılması və ya yol səthində çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir. İş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə 2003-cü il təvəllüdlü, ali təhsilli, subay və işləyən Hacı Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilib.

Məhkəmə qərarında qeyd olunub ki, avtoxuliqanlıq hesab edilməsi üçün hərəkətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi əlamətlər mövcud olmayıb.скачать dle 11.3
Mojo.az Banner