Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək

17.04.2026 21:35 486
50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək
"Moskviç 2140” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan sürücü məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, D.F idarə etdiyi, "BC” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunun 336-cı kilometrində qayda pozuntusuna yol verib. Bu səbəbdən onun barəsində inzibati xəta protokolu tərtib olunub və 50 manat məbləğində cərimə tətbiq edilib.

Lakin sürücü cəriməni 3 ay müddətində ödəmədiyi üçün onun haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə əlavə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, sürücünün "Moskviç 2140” markalı avtomobili idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Həmin avtomobil 1975-ci ildı istehsal olunub.

Son xəbərlər