Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

"AA" seriyalı nömrəni axtarışda olan avtomobillə taxıb idarə edirmiş

26.12.2023 20:48 1 854
Bakıda sürücünün başqa bir avtomobilə məxsus "AA” dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.

Qaynarinfo-nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus "AA” dövlət nömrə nişanını taxaraq idarə edib.

Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı məlum olub.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli Qaynarinfo-ya bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən həmin sürücü aşkar edilərək saxlanılıb və barəsində protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmə isə, sürücü barəsində müvafiq qərar verib.

Qeyd edək ki, həmin avtomobil 2016-ci ildən axtarışda olub.скачать dle 11.3
Mojo.az Banner