Mojo.az Banner
19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçuda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs edilib

21.08.2025 11:16 705
Sabunçuda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs edilib
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində KIA markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni itirərək "Hyundai" markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün müddətinə inzibati qaydada həbs edilib.скачать dle 11.3
Mojo.az Banner