Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA

06.10.2026 16:39 459
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA
Əmək münasibətlərində işçinin işdən azad edilməsi müəyyən hüquqi əsaslara və prosedurlara uyğun həyata keçirilməlidir. İşəgötürənin şəxsi qərarı ilə, heç bir əsas göstərilmədən və qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsi işçi üçün ciddi hüquqi suallar yarada bilər. Bəs hansı hallarda işəgötürən işçini işdən çıxara bilər və bunun üçün mütləq əsas olmalıdırmı? İşəgötürən işçini heç bir səbəb göstərmədən işdən çıxara bilərmi?

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Median.Az-a açıqlamasında deyib ki, əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilə bilər:
“Əgər əmək müqaviləsi müddətlidirsə, onun müddəti başa çatdıqda müqaviləyə xitam verilir. İşçi öz təşəbbüsü ilə də əmək müqaviləsinə xitam verə bilər. Bu halda işçi işəgötürənə əvvəlcədən xəbərdarlıq etməlidir və qanunvericilikdə nəzərdə tutulan müddətə əməl olunmalıdır. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi isə yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda mümkündür. Əsas hallardan biri işçilərin sayının və ya ştatların ixtisar edilməsidir. Əgər müəssisədə müəyyən vəzifəyə ehtiyac qalmırsa və həmin vəzifə ixtisar edilirsə, işçiyə əmək stajından asılı olaraq əvvəlcədən xəbərdarlıq müddəti verilməli və qanunvericiliyə uyğun olaraq müvafiq ödənişlər həyata keçirilməlidir. İşçinin əmək stajı artdıqca ona verilən xəbərdarlıq müddəti də artır. Bəzi hallarda işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə həmin müddətə uyğun müvafiq ödəniş edilə bilər. Digər əsas işçinin tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi ilə bağlıdır. İşçinin bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğun olub-olmaması attestasiya yolu ilə müəyyən edilə bilər”.

Onun sözlərinə görə, bunun üçün qanunvericiliyin tələblərinə uyğun attestasiya komissiyası yaradılmalı və proses müvafiq qaydada həyata keçirilməlidir:

“Attestasiyanın nəticələrinə əsasən işçinin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilərsə, qanunvericilikdə nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin digər əsaslarından biri isə işçinin əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Məsələn, işçi üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlmirsə və ya əmək funksiyalarını ciddi şəkildə pozaraq işəgötürənə maddi zərər vurursa, bu, əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilər. Lakin işəgötürən istənilən halda işçini işdən azad edə bilməz. Əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsində nəzərdə tutulan əsaslar və qaydalar çərçivəsində həyata keçirilməlidir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner