Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdiriniz sizə məcbur ərizə yazdırıb işdən çıxarırsa — hüquqlarınızı bilin

12.05.2026 13:23 1 170
Müdiriniz sizə məcbur ərizə yazdırıb işdən çıxarırsa — hüquqlarınızı bilin
Son dövrlərdə bir çox işçi əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən "öz ərizənlə çıx" təklifi ilə qarşılaşdığını bildirir. Bəzi hallarda bu addım işçiyə gələcək karyerasında problem yaşamayacağı və ya "qara siyahıya düşməyəcəyi" kimi arqumentlərlə izah edilir. Lakin ərizə əsasında işdən çıxan şəxs müəyyən hallarda kompensasiya və digər əmək hüquqlarını itirə bilərmi? İşçinin könüllü şəkildə ərizə yazmağa məcbur edilməsi əmək qanunvericiliyinin pozulması riskini yaradırmı? Bəs belə hallarda işçi aldadılırmı və qanun onun hansı hüquqlarını qoruyur?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, işçinin işdən çıxmasına təşəbbüsü işəgötürən irəli sürübsə, həmin şəxs sənəsləşdirməlidir.

S. Məmmədovun sözlərinə görə, işəgötürən işçiyə "ərizəni yaz" deyərək işdən çıxarmağı qanunsuzdur. Belə hallarla rastlaşdıqda, gərək işçi də müqavimət göstərsin, razılaşmasın.

"70 Ç ilə işdən çıxdıqda qara siyahıya düşmək sadəcə olaraq mifdir. Yaxşı işçiyə hər müəssisədə yer var. Artıq əmək kitabçası da yoxdur və dövriyyədən çıxarılıb. Eyni zamanda, əmək kitabçası da tələb oluna bilməz. Lakin elektron sistemdə işçinin hansı maddə ilə işdən çıxarılması qeyd olunur", — deyə hüquq müdafiəçisi əlavə edib.

Mütəxəssis qeyd edib ki, kimsə öz ərizəsi ilə işdən ayrılırsa, bunu sübut etmək çox çətin olur. Təbii ki, bu zaman kompensasiya da tələb edə bilməz. Əgər məhkəmə vasitəsilə sübut edə bilsə ki, o, təqib olunub və məcburi olaraq onu ərizə yazmağa vadar ediblər, bu halda işə bərpa oluna bilsə, kompensasiya ala bilər.

Sahib Məmmədov kompensasiyanın bir neçə halda verildiyini vurğulayıb:

"Ştatlar ixtisar olunduqda, müəssisə ləğv edildikdə, əsgəri xidmətə getdikdə, yaxud da əmək şəraitinin şərtləri dəyişəndə kompensasiya verilir. İşçinin öz xahişi ilə və ya işəgötürənin təşəbbüsü ilə işdən çıxarılma halında 70-ci maddənin Ç və C bəndinə əsasən kompensasiya verilmir, sadəcə olaraq son haqq-hesab ödənilir".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner