Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video

06.10.2026 17:22 261
12 azərbaycanlı dənizdə çarəsiz qalıb:
Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi "Consul" adlı gəmidə 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Onlar ərazidə gəmilərə endirilən davamlı dron hücumları səbəbindən layneri tərk edə bilmədiklərini və təhlükə altında olduqlarını deyirlər.

Median.Az
xəbər verir ki, "Bakupost"a müraciət edən kapitan Səbuhi Salahov bildirib ki, gəmi Rostova yük götürmək üçün gəlib və Moldovaya bir səfər edib. Növbəti səfər zamanı isə əraziyə dron hücumları başlayıb və gəminin hərəkəti dayanıb:

"İkinci səfərimiz zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir".

Dənizçilərin sözlərinə görə, gəmi Türkiyənin "Adler Gemiçilik" şirkətinə məxsusdur. Rəhbərlərindən azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir.

Gəmi heyəti uzun müddətdir maaşlarının ödənmədiyini, telefonlarının bloklandığını və Azərbaycana qayıtmaları üçün onlara şərait yaradılmadığını deyirlər:

"Nə yol pulu verirlər ki, evə gedək, nə yeməkpulu, nə də maaşlarımızı ödəyirlər. Məvacibimizi alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik, səsimizi səs versinlər".

Onun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyətləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndəriliblər. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı heç bir addım atılmayıb.

S.Salahov bildirib ki, hazırda gəmidə 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.скачать dle 11.3
Mojo.az Banner