Mojo.az Banner
22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu

06.10.2026 16:49 132
İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu
Bu ilin fevral ayında Bərdənin Qazaxlar kəndində ağır yol-nəqliyyat hadisəsi törədən 1999-cu il təvəllüdlü Elnur Arif oğlu Mehdiyevə hökm oxunub.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, onun barəsində açılmış cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. E.Mehdiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, qəzanın baş verdiyi gün Elnur ilk dəfə avtomobilin sükanı arxasına əyləşərək nəqliyyat vasitəsi idarə edib. Belə ki, həmin gün gənc oğlan kənddə keçirilən "ciyər axşamı"nda iştirak edib. Axşam saatlarında o, örüşdən gələn heyvanları tövləyə salmaq üçün məclisi tərk edib və tanışına məxsus "QAZel" markalı avtomobilə əyləşib. Təcrübəsiz sürücü kəndin daxili yolunda hərəkətdə olarkən sürətini azaltmadan dönmə manevri edib. Bu zaman maşın idarəetmədən çıxaraq, yolun kənarı ilə atın ipindən tutub piyada gedən 1972-ci il təvəllüdlü Elçin Baloğlan oğlu Sadıqovu vurub. Xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Məhkəmədə Elnur Mehdiyev ilk dəfə sükan arxasına əyləşdiyini, həmin maşını qaçırmadığını və sahibinin şifahi razılığı ilə sürdüyünü deyib.

Mərhumun oğlu Elnurdan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə 27 yaşlı oğlana 5 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd olunub.

Qeyd edək ki, bu kimi cəzaçəkmə müəssisələrindəki məhkumların bəzi hallarda oranı tərk etməsinə icazə verilir.скачать dle 11.3
Mojo.az Banner