Mojo.az Banner
22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?

06.10.2026 16:45 132
Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?
Korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafat gəlir vergisindən azad olunacaq.

Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafatın gəlir vergisindən azad olunması nəzərdə tutulur.

Qeyd edək ki, "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsinə əsasən, şəxsin korrupsiya barədə verdiyi məlumat təsdiqləndikdə ona minimum əməkhaqqının 25 mislinədək mükafat ödəniləcək. Cinayət işi nəticəsində dövlətə qaytarılan vəsait və ya təmin edilmiş maddi ziyanın isə 5 faizi məlumat verən şəxsə təqdim olunacaq. Bundan əlavə, məlumat verən şəxs və ya onun yaxınları bu səbəbdən həlak olduqda ailəsi 20 min manat, bədən xəsarəti aldıqda isə 10 min manat birdəfəlik müavinət alacaq.скачать dle 11.3
Mojo.az Banner