Mojo.az Banner
22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |     20:22 Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı  |     20:14 "iPhone 18" Azərbaycanda neçəyə satılacaq? - Qiymətlə bağlı iddia  |     20:09 Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)  |     20:01 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?  |     19:56 General Ermənistan vətəndaşlığından imtina etdi  |     19:50 “Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO  |     19:42 Sabah Bakıda yağış yağacaq  |     19:37 İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi  |    
Left Banner
Right Banner

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir

05.06.2026 14:10 312
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir, dövlət və bələdiyyə qulluqçuları üçün yeni hesabatlılıq mexanizmləri tətbiq olunur.

Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunun icrası ilə əlaqədar bəzi qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, layihəyə əsasən, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir. Eyni zamanda, belə məlumat vermiş şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərkən irəli sürülən dəlillərin sübut olunması yükü işəgötürənin üzərinə düşəcək.

Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbər əvəzinə korrupsiyaya qarşı mübarizə sahəsində nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya şəxsə məlumat verməli olacaq. Həmçinin hədiyyələrin qəbulu, maraqların toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də eyni mexanizm tətbiq ediləcək.

Layihə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normaların uyğunlaşdırılması məqsədilə hazırlanıb.скачать dle 11.3
Mojo.az Banner