Mojo.az Banner
22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?

06.10.2026 16:48 141
Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?
Korrupsiya barədə məlumat verənlərə prokurorluğa birbaşa müraciət etmək imkanı yaradılır.

Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsi əksini tapıb.

Layihədə qeyd olunur ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilat rəhbəri tərəfindən müəyyən edilmiş səlahiyyətli struktur bölmə və ya şəxsə, təşkilatın rəhbərinə, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verilə bilər.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın səlahiyyətli struktur bölməsi və ya şəxsi, təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsi istisna olmaqla digər vəzifəli şəxsləri ilə əlaqədar olduqda belə məlumata təşkilatın səlahiyyətli struktur bölməsi və ya şəxsi baxır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə və ya şəxslə əlaqədar olduqda, məlumat verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim etmək hüququna malikdir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə və ya şəxs müəyyən edilərkən təşkilatın strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri və iş həcmi nəzərə alınır.

Aşağıdakı hallarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verilir:

- məlumat verən şəxsin onun barəsindəki məlumatların konfidensiallığının səlahiyyətli struktur bölmə və şəxs, təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs tərəfindən qorunmayacağına dair şübhəsi vardırsa;

- məlumatla əlaqədar sübutların itirilməsi, məhv edilməsi və ya oğurlanması riski vardırsa;

- məlumatı qəbul edən subyektlərin, o cümlədən səlahiyyətli struktur bölmə və ya şəxsin həmin məlumatı qeydə almayacağı və ya nəticəsi barədə məlumat verməyəcəyi barədə əsaslı şübhələr vardırsa;

- araşdırma nəticəsində korrupsiya ilə əlaqədar hüquqpozma faktı öz təsdiqini tapsa da, həmin fakt üzrə hər hansı tədbir görülməmiş və ya hüquqpozmanın nəticəsi aradan qaldırılmamışdırsa;

- məlumatı qəbul edən subyektlər, o cümlədən səlahiyyətli struktur bölmə və ya şəxs tərəfindən müvafiq araşdırma aparılmırsa və ya bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş müddətlərdə məlumat verən şəxsə işin gedişi və nəticəsi barədə məlumat verilmirsə;

- məlumatı qəbul edən subyektlərin, o cümlədən səlahiyyətli struktur bölmə və ya şəxsin araşdırmanın nəticəsində birbaşa və ya dolayı yolla hər hansı marağı, yaxud onların müstəqilliyinə, obyektivliyinə və ya qərəzsizliyinə şübhə yaradan digər əsaslı səbəblər vardırsa;

- məlumat verən şəxslə təşkilat arasındakı əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslar üzrə münasibətlərə xitam verilmişdirsə.

Məlumat verən şəxs öz seçimi ilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verə bilər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner